NAYORA 25 iyun tarixindən etibarən üzv təşkilatları üçün konsultativ görüşlər təşkil edir..

6 İyul 2020

NAYORA 25 iyun tarixindən etibarən üzv təşkilatları üçün konsultativ görüşlər təşkil edir..

NAYORA 25 iyun tarixindən etibarən üzv təşkilatları üçün konsultativ görüşlər təşkil edir.
Onlayn formatda keçirilən görüşlərin məqsədi təşkilatları NAYORA-nın üzv təşkilatlar üçün yaratdığı imkanlardan, xüsusilə Resurs Mərkəzi, onlayn fəaliyyət, nayora.org veb saytı barədə maarifləndirmək, eyni zamanda təşkilatların onlayn fəaliyyətlə bağlı təkliflərini dinləmək olmuşdur. 
Baş tutmuş konsultativ görüşlərdə Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi, İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyi, Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiyasiyası İctimai Birliyi (AIESEC), Sağlam Düşüncə Gənclər Təşkilatı İctimai Birliyi, SAF Həyat Naminə Gənclər İctimai Birliyi təşkilatları iştirak etmişdir.

Görüşlərdə iştirak etmiş bütün təşkilatlara təşəkkürümüzü bildiririk!

#NAYORA #AzeYouthPolicy #YouthStrategy