NAYORA Baş katib vəzifəsinə vakansiya elan edir!

5 Mart 2021

NAYORA Baş katib vəzifəsinə vakansiya elan edir!

Son müraciət tarixi: 9 Mart 2021

NAYORA Baş katib vəzifəsinə vakansiya elan edir!

1. Baş Katib NAYORA-nın icraçısıdır və Məclis tərəfindən qəbul olunmuş proqram və qərarlara nəzarət edir.

2. Baş Katibin funksiyaları:

* NAYORA-nın işçi orqanlarının fəaliyyətini tənzimləyir,

* NAYORA-nın gündəlik fəaliyyətini təşkil edir,

* Üzv təşkilatlarla daimi əlaqəni həyata keçirir,

* Üzv təşkilatlardan gələn təkliflər nəzərə alınmaqla qarşıdan gələn Məclisin gündəliyini hazırlayır.

 

Namizədə tələblər:
 

1. Ali təhsil,

2. İngilis dili biliyi,

3. Gənclərlə iş sahəsində təcrübə,

4. Xarici və ölkədaxili səfərlər üçün münasib olmalıdır,

5. Ofis texnikası və kompyüter texnologiyalarından istifadə (Microsoft Office),

6. Baş Katibin səlahiyyətlərini icra etdiyi dövrdə yaşı 30-u keçməməlidir,

7. Baş Katib Milli Şuranın Konfransı, Məclisi və Bürosu tərəfindən qəbul olunmuş proqram və qərarların həyata keçirilməsi və NAYORA-nın gündəlik fəaliyyətinin icra olunması üçün məsuliyyətlidir,

8. Baş Katib, Katibliyin formalaşdırılmasına, işin bölgüsünə və idarə edilməsinə məsuliyyət daşıyır.

 

Seçim mərhələsi:
 

1. CV və dəstək məktubunuzu (fəaliyyət göstərdiyiniz təşkilatın rəhbərliyi tərəfindən) secretariat@nayora.az poçt ünvanına göndərin.

2. Müsahibə turu

3. NAYORA-nın rəhbər orqanı olan Məclis tərəfindən təsdiq.

 

Şərtlər:
 

1. İşə başlama tarixi Aprel 2021

3. Əmək haqqı təcrübə əsasında təyin olunur.

4. İş qrafiki həftənin beş günü saat 09:00-dan 18:00-dək.