NAYORA könüllüsü İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) və Türkiyənin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Gənc Könüllülər Düşərgəsi” ndə iştirak edib.

21 Oktyabr 2019

NAYORA könüllüsü İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) və Türkiyənin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Gənc Könüllülər Düşərgəsi” ndə iştirak edib.

13-17 oktyabr 2019-cu il tarixində Türkiyənin Antalya şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) və Türkiyənin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənc Könüllülər Düşərgəsi" baş tutub.
30 islam ölkəsindən təxminən 60 gəncin iştirakı ilə həyata keçirilən tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının könüllüsü Əlibəyova Könül iştirak edib.
Könüllülük fəaliyyətinin təbliği İslam Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrdə mədəniyyətlərarası dialoqun və müxtəlifliyə qarşı tolerantlığın təmini üçün mühüm addım hesab olunur.
Tədbirin başlıca məqsədi könüllülük hərəkatının gənclər arasında yayılması və könüllülük fəaliyyətinin sosial sahədə təbliği üzrə təcrübə mübadiləsinin təmin olunmasıdır.
Tədbirdə "Türk Kızılay"ın və "AFAD"ın mütəxəssisləri tərəfindən 4 gün ərzində könüllülüyün fərdi gənclərə və cəmiyyətə verdiyi faydalar və bunun inklüzivliyin artırılmasında göstərdiyi rol barədə təlimlər keçirilmişdir. Tədbirin iştirakçıları milli və beynəlxalq səviyyəli könüllülüyün təmini üçün peşəkar şəbəkənin yaradılması və potensialın gücləndirilməsi üçün fərqli komandanın təşkili oyunları ilə tanış oldular.
Tədbiri müvəffəqiyyətlə başa vuran gənclərə sertifikatlar təqdim edilib.

#NAYORA #AzeYouthPolicy #YouthStrategy #ICYF #Volunteerism