NAYORA-nın Beynəlxalq Əlaqələr üzrə katibi Roman Qocayev Brüssel və Gent şəhərlərində keçirilən vörkşopda iştirak edib

14 Fevral 2020

NAYORA-nın Beynəlxalq Əlaqələr üzrə katibi Roman Qocayev Brüssel və Gent şəhərlərində keçirilən vörkşopda iştirak edib

10 - 11 Fevral 2020-ci ildə NAYORA-nın Beynəlxalq Əlaqələr üzrə katibi Roman Qocayev Belçikanın Brüssel və Gent şəhərlərində keçirilən iqlim dəyişikliyi təhsili, maarifləndirmə və istehlakçı münasibətləri mövzusunda vörkşopda iştirak edib. Vörkşop Avropa ölkələrindən olan gənclərin iqlim dəyişikliyi mövzusunda hərəkətə keçməyə təkan verəcək akademik və praktiki bacarıqlar öyrətmək məqsədi daşıyır. Tədbirin akademik hissəsində sosial sahibkarlar və ətraf mühit üzrə mütəxəssislər, Avropa Komissiyası tədqiqatçıları, Avropa Tərəfdaşlıq ölkələrinin Milli Gənclər Şuralarının nümayəndələri təcrübələrini bölüşmüş, öz layihələrini təqdim etmişdir.

Roman Qocayev təqdimatında Slow Food, Təbiət Dostları, Sağlam Düşüncə və Skaut Assosiyası kimi təbiət və ətraf mühitin qorunması fəaliyyətləri ilə məşğul olan qeyri-hökümət təşkilatlarının ölkədəki fəaliyyəti və NAYORA-nın gənclərə və gənclər təşkilatlarına göstərdiyi dəstəklə yanaşı bu aydan etibarən əsası qoyulacaq resurs mərkəzi haqqında danışıb.

Layihənin praktik hissəsində iştirakçılar damlarda günəş panellərinin quraşdırılması (Buurzame Stroom) və məktəblərdə dayanıqlı qida siyasətinin yaradılması (Ghent en garde) layihələrinin icra olunduğu mərkəzlərə səfər ediblər.