NAYORA-nın Şərgi Avropa və Qafqaz Resurs Mərkəzi tərəfindən Azərbaycanda fəaliyyət göstərən təşkilatların keyfiyyət qiymətləndirmə prosedurunu həyata keçirmək üçün təyin olunmuş nümayəndəsi Petre Mrkev ilə görüşü

29 Oktyabr 2019

28 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Şərgi Avropa və Qafqaz Resurs Mərkəzi tərəfindən Azərbaycanda fəaliyyət göstərən təşkilatların keyfiyyət qiymətləndirmə prosedurunu həyata keçirmək üçün təyin olunmuş nümayəndəsi Petre Mrkev ilə görüşü keçirilmişdir. Görüşün əsas məqsədi NAYORA-nın insan resursu, texniki imkanları və Avropa Həmrəylik Korpusu (ESC) çərçivəsində könüllülərə ev sahibliyinin edilməsi və göndərilməsi ilə bağlı gözlənti və motivasiyası ilə tanış olmaq və bu barədə əməkdaşlarla birgə ətraflı müzakirələr aparmaq olub.
Daha sonra Petre Mrkev gənclər təşkilatlarının nümayəndələrinin xarici səfərlərdə daha fəal iştirak etməsini, beynəlxalq təmsilçiliyin və əməkdaşlığın daha intensiv şəkildə aparılmasını tövsiyə edib. Görüş NAYORA-nın EVS iştirakçısı Mine Özgizep ilə danışıqlarla davam edib.

#NAYORA #AzeYouthPolicy #YouthStrategy