NAYORA-nın təşkilatçılığı ilə Lənkəranda atalar üçün seminarlar keçirilib
16 Mart 2021

“ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsi çərçivəsində 13-14 mart tarixlərində NAYORA-nın təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində atalar üçün seminarlar keçirilib.
16-17 martda Bakıda keçiriləcək seminarlar üçün qeydiyyat davam edir!
Qeydiyyat linki: https://cutt.ly/qkZzeQD
Qeyd edək ki, "ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması" layihəsi Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “EU4GenderEquality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində NAYORA tərəfindən təşkil edilməkdədir.
#NAYORA #EU4GE #eu4genderequality #atammənisevir #myfatherlovesme