NAYORA-nın üzv təşkilatlarının nümayəndələri və könüllüləri Bolqarıstanın Bansko şəhərində keçirilən “DG Tools” adlı təlim kursunda iştirak ediblər

25 Noyabr 2019

NAYORA-nın üzv təşkilatlarının nümayəndələri və könüllüləri Bolqarıstanın Bansko şəhərində keçirilən “DG Tools” adlı təlim kursunda iştirak ediblər

11-18 Noyabr 2019-cu il tarixində Avropa Birliyinin Erasmus+ Proqramı, Alternativi International, TC DG Tools , Human Resource Development Centre   təşkilatçılığı ilə Bolqarıstanın Bansko şəhərində “DG Tools” adlı təlim kursu həyata keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) üzv təşkilatlarının nümayəndələri və könüllüləri Cəfər Cəfərov, İlahə Xalıqova, Leyla Əliyeva müxtəlif ölkələrdən olan mütəxəssislər və təlimçilər tərəfindən keçirilmiş təlimlərdə fəal iştirak edərək digər iştirakçılarla öz fikir və təcrübələrini bölüşmüşdür. Tədbirdə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Latviya, Ruminiya, İspaniya, Ukraynadan olan gənclərlə iş sahəsində çalışan şəxslər iştirak etmişdir.

Təlimin əsas məqsədi gənclərin onlayn davranış barədə məlumatlılığını artırmaq, rəqəmsal və məlumat təhlükəsizliyi və məxfilik hüquqları haqqında məlumatlandırmaq, iştirakçıların və hədəf qruplarının media savadlılığı səviyyəsini inkişaf etdirmək, gənclərin şəxsi və karyera inkişafı üçün rəqəmsal vasitələrdən istifadə etmələrini təşviq etməkdən ibarətdir.

Belə ki, iştirakçılar “DG Tools” haqqında məlumat əldə etməklə yanaşı, eyni zamanda mütəxəssislər və digər iştirakçılar ilə birgə fikir mübadiləsi apararaq öz layihələrini reallaşdırmaq üçün bilik və bacarıqlarını inkişaf etdiriblər.

#NAYORA #AzeYouthPolicy #YouthStrategy #Erasmus+