NAYORA və “Gender Talks” təşəbbüs qrupu “Qadın və qızlara qarşı zorakılıqla mübarizə” adlı uzunmüddətli ictimai müzakirələr silsiləsinə start vermək üçün birləşir.

8 İyun 2020

NAYORA və “Gender Talks” təşəbbüs qrupu “Qadın və qızlara qarşı zorakılıqla mübarizə” adlı uzunmüddətli ictimai müzakirələr silsiləsinə start vermək üçün birləşir.

Son müraciət tarixi: 11 İyun 2020

MÜRACİƏT ET

Siz bu yazını oxuduğunuz müddət ərzində dünyada hər 4 qadından 1-i cinsi, fiziki, iqtisadi və ya psixoloji zorakılığa uğramış olacaq. Siz hələ də buna səssiz qalırsınız? 

Gücümüzü birləşdirərək zorakılıq hadisələrinin aradan qaldırılması, bu mövzuya diqqətin artırılması və ictimai fikir mübadiləsi üçün NAYORA və “Gender Talks” təşəbbüs qrupu “Qadın və qızlara qarşı zorakılıqla mübarizə” adlı uzunmüddətli ictimai müzakirələr silsiləsinə start vermək üçün birləşir.

Bilirsinizmi? Hər il dünyada 4 milyona yaxın qadın öz partnyorları və qohumları tərəfindən müxtəlif təzyiqlərlə üzləşir: yaralanır, döyülür və ya öldürülür və 750 milyon qız isə 18 yaşına çatmamış erkən nikaha girməyə məcbur edilir. Etnik, dini və sosial stereotiplərə görə Azərbaycanda həssas qruplardan olan qadın və qızların ən böyük qorxusu cinsi, fiziki, iqtisadi və psixoloji zorakılığa məruz qalmaqdır. 

İndi onların səslərinə səs vermək zamanıdır! #QadınZorakılığınaYox deyə biz qadın və qızların Azərbaycan cəmiyyətində rolunun artırılması, onlara qarşı məişət zorakılığının qarşısının alınması və cəmiyyətin məlumatlılığının artırılması məqsədilə uzunmüddətli multi-disiplinar ictimai müzakirələrlə gender aktivistləri, feministləri və öz töhvəsini vermək istəyən hər kəsi dəvət edirik.

Nəzərinizə çatdıraq ki, qadın və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş ictimai müzakirələr uzunmüddətlidir və silsilə olaraq hər həftə müxtəlif gender mövzularında keçiriləcəkdir.

 

---

 

İlk ictimai müzakirə haqqında məlumat:

Tarix: 11 iyun 2020 | 19:30 

Mövzu: Gender Bərabərliyi üzrə mütəxəssis Zümrüd Hutton (Cəlilova) təqdimatında “Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” mövzusunda keçiriləcək.

Müraciət üçün link: bit.ly/3dKNQG9

Müraciət üçün son tarix: 11 iyun 2020-ci il, saat 14:00

Qeyd 1: Müzakirələrdə iştirak etmək üçün qeydiyyat formunun doldurulması zəruridir.

Qeyd 2: Silsilə müzakirələr ZOOM platforması üzərindən keçiriləcəkdir.