NAYORA və “Gender Talks” təşəbbüs qrupunun təşkilatçılığı ilə “Qadın və qızlara qarşı zorakılıqla mübarizə” adlı ictimai müzakirələr silsiləsinin ilk ictimai görüşü baş tutdu.

11 İyun 2020

İctimai müzakirələr silsiləsinin ilk ictimai görüşü Gender Bərabərliyi üzrə Mütəxəssis və Pedaqoq  Zümrüd Cəlilova Huttonun təqdimatında, Gənclərlə iş sahəsində Ekspert Məryəm Məcidovanın moderatorluğu ilə həyata keçirildi.
Görüşün keçirilməsində əsas məqsəd qadın və qızların cəmiyyətdə rolunun artırılması, onlara qarşı cinsi, fiziki, iqtisadi və psixoloji zorakılığın qarşısının alınması istiqamətində təkliflər irəli sürmək və müzakirə etmək, o cümlədən sadalanan mövzularda qadınların səsinin eşidilməsinə dəstək olmaq və cəmiyyətin bu mövzuda məlumatlılığını artırmaq olmuşdur.
Onlayn formatda baş tutan görüşün bütün iştirakçılarına öz dərin təşəkkürümüzü bildiririk. 

Qeyd edək ki, növbəti görüş haqqında sabah məlumat veriləcək.

#QadınZorakılığınaYox #LetYourVoiceBeHeard