NAYORA və “Gender Talks” təşəbbüs qrupunun təşkilatçılığı ilə vahid onlayn platforma yaradılacaq.

30 İyun 2020

NAYORA və “Gender Talks” təşəbbüs qrupunun təşkilatçılığı ilə vahid onlayn platforma yaradılacaq.

Son müraciət tarixi: 2 İyul 2020

MÜRACİƏT ET

NAYORA və “Gender Talks” təşəbbüs qrupunun təşkilatçılığı ilə “Qadın və qızlara qarşı zorakılıqla mübarizə” adlı ictimai müzakirə iştirakçılarının təklifinə əsaslanaraq vahid onlayn platformanın yaradılması nəzərdə tutulub. Vahid onlayn platformanın yaradılmasının məqsədi qadın və qızların zorakılıq hallarının qarşısının alınması ilə bağlı qaldırılmış məsələləri, qadın hüquqlarının müdafiəsi ilə əlaqədar görülən işləri platforma üzərindən işıqlandıraraq ictimaiyyətə çatdırmaqdır.

Platformanın yaradılması ilə bağlı ictimai müzakirələrin iştirakçıları, feministlər, aktivistlər, jurnalistlər, o cümlədən qadın hüquqlarının müdafiəsi naminə çalışan şəxslərlə birgə konsultativ görüş keçiriləcəkdir. Konsultativ görüşdə iştirakçılar tərəfindən yeni yaradılacaq platformanın fəaliyyəti ilə bağlı təkliflər veriləcək və müzakirə ediləcəkdir.

Konsultativ görüş 2 iyul 2020-ci il tarixində saat 19:00-da (GMT+4) onlayn formatda ZOOM tətbiqi üzərindən keçiriləcəkdir.

Hər birinizi qadın zorakılığına qarşı mübarizəyə biganə qalmamağa, konsultativ görüşdə iştirak edərək yaradılacaq platformanın fəaliyyətinin daha effektiv olmasına dəstək olmağa dəvət edirik.

 

Son qeydiyyat tarixi: 2 iyul 2020, saat 17:59 (GMT+4)

Tədbir haqqında ətraflı məlumat üçün link: https://bit.ly/3eMiL5j

Qeydiyyat üçün link: https://bit.ly/3icOdf3

 

#QadınZorakılığınaYox #LetYourVoiceBeHeard