Polşanın Wroclaw şəhərində “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsinin məlumat sessiyası baş tutdu

13 Fevral 2020

Polşanın Wroclaw şəhərində “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsinin məlumat sessiyası baş tutdu

12 fevral 2020-ci il tarixində Polşanın Wroclaw şəhərində Vişeqrad+ Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsinin məlumat sessiyası baş tutmuşdur.

Azərbaycan da daxil olmaqla 5 müxtəlif ölkələri təmsil edən iştirakçılar “Dolnośląska Wojewódzka Komenda Ochotniczych Hufców Pracy” mərkəzi və “Regionalny Urząd Rządowy UMWD” mərkəzinə səfər ediblər.

Təşkilatlar həssas qrupdan olan gənclər ilə çalışarkən qarşılaşdığı çətinlikləri və öhdəsindən gəlmək üçün istifadə etdikləri strategiyanı iştirakçılarla bölüşüblər.

Prywatny Ośrodek Terapii Uzależnień TRATWA mərkəzində təlimçi fiziki məhdudiyyətli gənclərlə necə işlədiyini praktiki şəkildə iştirakçılara izah etmişdir.

Sessiya zamanı iştirakçılar da öz təcrübələrini bölüşərək, onları maraqlandıran suallar ətrafında müzakirələr aparmışdır.

 

#NAYORA #AzeYouthPolicy #YouthStrategy #StartitUPKeepitUP #Erasmus #SocialEntrepreneurship