Qadın hüquqlarının müdafiəsi naminə “Gender Hub Azerbaijan” platforması yaradılır.

3 İyul 2020

Qadın hüquqlarının müdafiəsi naminə “Gender Hub Azerbaijan” platforması yaradılır.

📢NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilən ictimai müzakirələr silsiləsinin iştirakçılarının təklifinə əsasən Qadın hüquqlarının müdafiəsi naminə “Gender Hub Azerbaijan” platforması yaradılır.
Vahid onlayn platformanın yaradılması ilə əlaqədar NAYORA-nın təşəbbüsü ilə 🗓2 iyul 2020-ci il tarixində konsultativ görüş təşkil edildi.
👉Vahid onlayn platformanın yaradılmasının məqsədi qadın və qızların zorakılıq hallarının qarşısının alınması ilə bağlı qaldırılmış məsələləri, qadın hüquqlarının müdafiəsi ilə əlaqədar görülən işləri platforma üzərindən işıqlandıraraq ictimaiyyətə çatdırmaqdır.
🔺️Belə ki, görüşdə iştirak etmiş təşəbbüs qruplarının nümayəndələri, aktivist, feministlər, qadın hüquqlarının müdafiəsi ilə məşğul olan fərdlər platformanın yaradılmasını yüksək  qiymətləndirmiş və platformanın gələcək fəaliyyət istiqamətlərini müzakirə etmişlər.
 
#QadınZorakılığınaYox #LetYourVoiceBeHeard