Qaxda gənc atalar üçün seminarlar keçirilib

1 Mart 2021

Qaxda gənc atalar üçün seminarlar keçirilib

 

“ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsi çərçivəsində 27-28 fevral tarixlərində Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyində gənc atalar üçün ödənişsiz seminarlar keçirilib.

 

2 günlük seminarlarda gənc atalar gender stereotipləri və sosial normalar, qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı, patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq, ailədəki ata və ananın davranışları və onların uşaqlara təsiri və ailədəki münasibətlərdə cinsi ayrı-seçkiliyin mənfi təsiri kimi mövzularda məlumatlandırılaraq müzakirələrdə iştirak ediblər. 

 

Layihə çərçivəsində Qax rayonu ilə yanaşı Bakı, Mingəçevir, Lənkəran və Sumqayıt şəhərlərində də gənc atalar üçün aşağıda qeyd olunan tarixlərdə oflayn seminarlar keçiriləcəkdir.

Mingəçevir - 1-2 Mart  2021

Bakı – 16-17  Mart 2021

Sumqayıt - 10-11  Mart 2021

Lənkəran - 13-14 Mart 202

Qeydiyyat üçün: https://cutt.ly/qkZzeQD

 

Qeyd edək ki, "ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması" layihəsi Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “EU4GenderEquality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində NAYORA tərəfindən təşkil edilməkdədir.