Qazaxıstanda növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədrinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri qismində iştirak etmişdir

9 İyun 2019

Tədbirin məqsədi:Qazaxıstanın müxtəlif şəhər, rayon və qəsəbələrində keçirilən seçkilərə müşahidə etmək və orada yaşayan azərbaycanlı həmvətənlərimizlə görüşərək müxtəlif mövzularda müzakirələr aparmaq

Tədbirin formatı və keçirilmə yeri:Seçki, Qazaxıstan Respublikası

Təşkilatçı(lar):Qazaxıstan hökuməti

İştirakçılar:ARGTMŞ-nın sədri

Azərbaycan Gənclər Fondunun (@youthfundaz) maliyyə dəstəyi ilə Qazaxıstanda növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova (@maryam_majidova) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri qismində iştirak edərək Azərbaycanı təmsil edib. Məryəm Məcidova 3 günlük hazırlıq görüşündən sonra Qazaxıstanın müxtəlif şəhər, rayon və qəsəbələrində keçirilən seçkilərə müşahidə etmiş və orada yaşayan azərbaycanlı həmvətənlərimizlə görüşərək müxtəlif mövzularda müzakirələr aparmışdır.

#AzGF #NAYORA