Qubadlının mədəniyyət nümunələrinin bir hissəsi olan sənətkarlığı haqqında məlumat əldə edək
28 Dekabr 2020

Dostlar, bu dəfə sizlərlə
Qubadlının mədəniyyət nümunələrinin bir hissəsi olan sənətkarlığı haqqında məlumat əldə edəcəyik
Qubadlı sənətkarlığı haqqında danışan zaman mütləqdir ki, xalçaçılıqdan bəhs edək. Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan bu xalçalar Dağlıq Qarabağın bir çox xalçaçılıq məntəqələrində istehsal olunur, lakin “Qubadlı” adı ilə məşhurdur.
Qubadlı – Azərbaycan Respublikasında qədim zamanlardan xalçaları və xüsusilə namazlıqları ilə məşhur olan rayonudur. XIX əsrin II yarısında Qubadlıda toxunan xalçalara İstanbul, Təbriz və digər məşhur şəhərlərin bazarlarında böyük qiymət verilirdi. Qubadlıda istehsal olunan xalçalar Yaxın Şərq ölkələrinə, Rusiyaya və hətta bəzi Qərbi Avropa ölkələrinə ixrac olunurdu.