Şamaxı rayonunda ”Gənclərlə iş sahəsində insan hüquqları və demokratik vətəndaşlıq təhsili” təlim-seminarı baş tutdu

24 Dekabr 2019

Şamaxı rayonunda  ”Gənclərlə iş sahəsində insan hüquqları və demokratik vətəndaşlıq təhsili” təlim-seminarı baş tutdu

19-23 Dekabr 2019-cu il tarixində Şamaxı rayonunda "Gənclərlə iş sahəsində insan hüquqları və demokratik vətəndaşlıq təhsili" təlim-seminarı baş tutdu.

Layihənin məqsədi, İnsan hüquqları və demokratik vətəndaşlıq təhsilinin gənclərlə iş sahəsində tətbiq və inkişaf etdirilməsi, həmçinin Azərbaycanın bölgələrində yaşayan gənclərin bu sahədə bilik və potensialının gücləndirilməsidir.

Təlim-seminarlar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Açılışda Şamaxı Rayon İcra hakimiyyəti başçısı Tahir Məmmədov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev iştirak etmişdir. Daha sonra Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova  gənclər üçün yaradılan imkanlar haqqında iştirakçılara məlumat verdi. 

Təlim-seminarlarda Pərvanə Məmmədova, Sevinc Nəbizadə, Aygün Bayramova təlimçi qismində iştirak etmişdir.

Şamaxı rayonunda 19-23 dekabr tarixlərini əhatə edən layihə 5 gün davam etdi.