Şəmkir Məşvərət Şurası tərəfindən təşkil olunmuş “Tullantılardan təkrar istifadə” mövzusunda onlayn təlim baş tutdu.

5 Mart 2021

Şəmkir Məşvərət Şurası tərəfindən təşkil olunmuş “Tullantılardan təkrar istifadə” mövzusunda onlayn təlim baş tutdu.

"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsi çərçivəsində yaradılmış Şəmkir Məşvərət Şurası tərəfindən təşkil olunmuş “Tullantılardan təkrar istifadə” mövzusunda onlayn təlim baş tutdu. Təlimdə Samir Qədirov mövzu ilə əlaqəli Şəmkir gəncləri ilə məlumat mübadiləsi apararaq, iştirakçıların fikirlərini dinlədi və sonda iştirakçıların sualları spiker tərəfindən ətraflı şəkildə cavablandırdı.

Məlumat üçün qeyd etmək istərdik ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və UNICEF-in Azərbaycan Nümayəndəliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.