Şəmkir rayonunda “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin məlumat sessiyası baş tutdu

23 Yanvar 2020

Şəmkir rayonunda “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin məlumat sessiyası baş tutdu

21-22 yanvar 2020-ci il tarixində Şəmkir rayonunda “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin məlumat sessiyası baş tutdu.

Şəmkir rayonunda baş tutan “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin məlumat sessiyasında yeniyetmə və gənclərin müxtəlif təbəqələrini təmsil edən 16-29 yaş arası fəal və cəmiyyətin inkişafına töhfə vermək istəyən gənclər iştirak etmişdir.

Məlumat sessiyasında gənclərin liderlik, ünsiyyət, proqram idarəçiliyi, araşdırmaçılıq bacarıqlarının inkişaf etdirilməsi, yerli idarəetmə orqanları ilə Gənclərin Məşvərət Şuraları arasında müntəzəm dialoqun qurulması, gənclərin yerli idarəetmə orqanları ilə qarşılıqlı tərəfdaşlıq çərçivəsində gənclər arasında maraq doğuran məsələlərin müəyyənləşdirilməsi və həmin məsələlərin həlli üçün birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, Yerli Məşvərət Şurasının üzvlərinin regionun ictimai-sosial həyatında aktiv şəkildə iştirak etməklə, ümumilikdə gəncləri maraqlandıran məsələlərin həllinə və inkişafına töhfə verməsi, gənclər arasında şəbəkələşmənin inkişafına nail olunması kimi məsələlərə toxunulmuşdur.

Layihə təqviminə əsasən növbəti məlumat sessiyası 23-24 yanvar Tovuz rayonu, 29-30 yanvar Bakı şəhəri Xəzər rayonu, 3-4 fevral Biləsuvar rayonunda baş tutacaqdır.

#UNICEF #NAYORA