Şəmkir və Şamaxı rayonlarında ”Gənclərlə iş sahəsində insan hüquqları və demokratik vətəndaşlıq təhsili” təlim-seminarı baş tutdu

25 Dekabr 2019

Şəmkir və Şamaxı rayonlarında ”Gənclərlə iş sahəsində insan hüquqları və demokratik vətəndaşlıq təhsili” təlim-seminarı baş tutdu

17-21 dekabr Şəmkir rayonunda, 19-23 dekabr 2019-cu il tarixində isə  Şamaxı rayonunda "Gənclərlə iş sahəsində insan hüquqları və demokratik vətəndaşlıq təhsili" təlim-seminarı baş tutdu.

Layihənin məqsədi, İnsan hüquqları və demokratik vətəndaşlıq təhsilinin gənclərlə iş sahəsində tətbiq və inkişaf etdirilməsi, həmçinin Azərbaycanın bölgələrində yaşayan gənclərin bu sahədə bilik və potensialının gücləndirilməsidir.

Təlim-seminarlar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Açılışda Şəmkir Rayon İcra hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Şamaxı Rayon İcra hakimiyyəti başçısı Tahir Məmmədov,  Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Şəmkir Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov iştirak etmişdir. 

Təlim-seminarlarda Pərvanə Məmmədova, Sevinc Nəbizadə, Aygün Bayramova təlimçi qismində iştirak etmişdir.

Hər iki rayondakı təlim-seminar  5 gün davam etmişdir.