Şərq Tərəfdaşlığı ölkələri Gənclərin İştirakçılığına dair Sammit başa çatdı.

4 İyul 2020

Şərq Tərəfdaşlığı ölkələri Gənclərin İştirakçılığına dair Sammit başa çatdı.

2-3 İyul 2020 tarixində NAYORA, EU4Youth Proqramının bir hissəsi olaraq Avropa Komissiyası Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Gənclərinin İştirakçılıq Sammitində onlayn  təmsil olundu.

Tədbir gənclərin gələcəyinə investisiya qoyan keçmiş və hal-hazırda davam edən Avropa İttifaqı-Şərq Tərəfdaşlığı əməkdaşlığını qeyd etmiş və təşviq etmişdir. Məqsəd  gənclərə aid olan məsələlərdə və Şərq Tərəfdaşlığı çərçivəsində gələcəkdə onların iştirakçılığı üçün konkret addımlar atılması mövzusunda gənclərlə siyasətçilər arasında dialoqu təmin etməkdir. Sammit ən uğurlu təcrübələr və öyrənilmiş dərslərlə bağlı fikir mübadiləsi, müzakirə imkanı yaratmaqla yanaşı, həm də  gələcək əməkdaşlıq üçün ilham mənbəyi oldu.

NAYORA-nı Sammitdə Məryəm Məcidova təmsil etmişdir.

#NAYORA #EU4Youth #YouthStrategy #YouthMatters