Sosial şəbəkələrdən düzgün istifadə qaydalarının öyrənilməsi” mövzusunda təlim həyata keçirilib

13 Oktyabr 2019

Sosial şəbəkələrdən düzgün istifadə qaydalarının öyrənilməsi” mövzusunda təlim həyata keçirilib

13 oktyabr saat 15:00-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) və "Odlar Yurdu" Gənclər İctimai Birliyinin (@odlaryurdugib) birgə təşkilatçılığı ilə Gəncə Gənclər Evində "Sosial şəbəkələrdən düzgün istifadə qaydalarının öyrənilməsi" mövzusunda təlim həyata keçirilib. Təlimçi qismində NAYORA-nın İctimaiyyətlə Əlaqələr üzrə katibi Günel Salayeva iştirak edib.
Təlimin həyata keçirilməsində əsas məqsəd gənclər arasında sosial şəbəkələrdən düzgün və səmərəli qaydada istifadəni təbliğ etməkdir. Təlimin yekununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi" şüarı da təbliğ olunub.


#NAYORA #OdlarYurduGİB #OYGİB #AzeYouthPolicy #YouthStrategy