Şuşanın mədəniyyət nümunələrini tanıyaq

16 Noyabr 2020

Şuşanın mədəniyyət nümunələrini tanıyaq

Gəlin Şuşanın sənətkarlıq incilərini tanıyaq!

Şuşanın inkişaf etməsinə burada yaranmış sənət sahələrinin rolu böyükdür. Belə ki, Azərbaycanda xalça istehsalının mühüm mərkəzlərindən olan qədim şəhərimizin xalçaları vətənimizin bədii sənətkarlığında mühüm yer tutur. Şuşada və onun ətrafında yerləşən Mahbəyli, Tuğ, Daşbulaq və.b kəndlərdə toxunmuş xalçalar hazırda kamil sənət nümunələri kimi dünyanın bir çox muzeylərində saxlanılır.

Şuşada çəkməçilik, sərraclıq papaqçılıq və kürkçülüklə məşğul olan xeyli sənətkarın cəmləşməsinə səbəb olmuşdur. Şuşa Azərbaycanda qiymətli metallardan hazırlanan zinət əşyaları istehsalının da əsas mərkəzlərindən biri idi. XIX əsrin ortalarında yaşamış şuşalı zərgərlərdən Hacı bəy, Həsən Hüseyn oğlu, Alış kişi zərgərliyin bu sahəsində böyük şöhrət qazanmışdılar. Onların bu üsullarla hazırladıqları "Aynalı kəmər", "Piyaləzənt" və "Aypara" adlı kəmər və sırğalar Şuşanın hüdudlarından çox uzaqlarda məşhur idi.

#KarabakhisAzerbaijan #Qələbə #Şuşa