Tbilisidə “Şərqi Avropada gənclərin iş potensialının gücləndirilməsi” tədbiri

12 Sentyabr 2019

Tbilisidə “Şərqi Avropada gənclərin iş potensialının gücləndirilməsi” tədbiri

27-28 Noyabr 2019-cu il tarixlərində Tbilisidə Avropa Şurası və Gürcüstan Gənclər Agentliyinin birlikdə təşkil etdiyi “Şərqi Avropada gənclərin iş potensialının gücləndirilməsi və Gənclərlə işin inkişafına dəstək üçün mübadiləyə əsaslanan öyrənmə” tədbiri baş tutmuşdur.

Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasını təmsil edən Azər Əliyev NAYORA-nın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat vermiş və gələcəkdə icra olunacaq fəaliyyətlər üçün mümkün əməkdaşlıqları müzakirə etmişdir.

23 ölkəni təmsil edən tədqiqatçılar, gənclər təşkilatları nümayəndələri və gənclər sahəsində çalışan şəxslər daxil olmaqla, ümumilikdə 70 iştirakçı əməkdaşlıq çərçivəsində bölgədəki gənclər sahəsində fəaliyyəti gücləndirməyin yollarını müzakirə etdilər.

Bu tədbir Şərqi Avropadakı gənclərlə iş sahəsinin müxtəlif reallıqlarını özündə əks etdirməklə yanaşı, eyni zamanda müxtəlif ölkələrin mövcud gənclər siyasətini və Avropanın instutsional inkişafı reallıqlarını nəzərə almaqla gənclərin ehtiyyaclarının təmin olunması üçün daha səmərəli üsulların tapılmasında mühüm rol oynamışdır.

“Şərqi Avropada gənclərin iş potensialının gücləndirilməsi və Gənclərlə işin inkişafına dəstək üçün mübadiləyə əsaslanan öyrənmə” tədbiri gənclər sahəsində fəaliyyət göstərən şəxslərin təhsili və təlimi üçün təkliflərin hazırlanması və yeni əməkdaşlıqların qurulması üçün öz töhfəsini vermişdir.

#NAYORA #AzeYouthPolicy #YouthStrategy