Təlimlər Modulu çərçivəsində“Erasmus+ layihələrinin yazılışı” mövzusunda təlim keçirilmişdir

1 İyun 2019

Təlimlər Modulu çərçivəsində“Erasmus+ layihələrinin yazılışı” mövzusunda təlim keçirilmişdir

Tədbirin məqsədi:Gənclər təşkilatlarını 4 əsas istiqamət üzrə, müvafiq sahənin ekspertləri və peşəkarları tərəfindən təlimləndirmək, fəaliyyətlərinin effektivliyini artırmaq və gənclər təşkilatlarının əməkdaşları arasında şəbəkələşməni inkişaf etdirmək

Tədbirin formatı və keçirilmə yeri:Təlim, ARGTMŞ Gənclər Evi, Bakı şəhəri

Təşkilatçı(lar):ARGTMŞ

İştirakçılar:Gənclər təşkilatlarının əməkdaşları, nümayəndələri və könüllüləri

1 iyun 2019-cu il tarixində ARGTMŞ Gənclər Evində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə gənclər təşkilatlarının əməkdaşları, nümayəndələri və könüllüləri üçün Təlimlər Modulu çərçivəsində "Sağlam Düşüncə" Gənclər Təşkilatı İctimai Birliyinin İdarə heyətinin üzvü, Erasmus+ və ESC üzrə Azərbaycandakı məlumat mərkəzinin koordinatoru Ramiz Əliyev tərəfindən “Erasmus+ layihələrinin yazılışı” mövzusunda təlim görüşü baş tutmuşdur. Təlimdə gənclərə ERASMUS+ layihəsi, Erasmus Mundus birgə Magistr dərəcəsi, gənclər üçün fəaliyyətlər, təlim kursları, mübadilə proqramları, Avropa ittifaqının üzvü olmayan proqramın əhatə etdiyi ölkələr, hansı xərclər proqram çərçivəsində qarşılanır və digər mövzular barədə geniş məlumat verilmişdir.
Qeyd edək ki, layihənin əsas məqsədi, gənclər təşkilatlarını 4 əsas istiqamət üzrə, müvafiq sahənin ekspertləri və peşəkarları tərəfindən təlimləndirmək, fəaliyyətlərinin effektivliyini artırmaq və gənclər təşkilatlarının əməkdaşları arasında şəbəkələşməni inkişaf etdirməkdir.
#NAYORA #AzeYouthPolicy #TəlimlərModulu