Təlimlər Modulu çərçivəsində “Avropa Könüllülük Xidməti (EVS/ESC)” və “Layihələrin tərtib olunması” mövzusunda təlimlər keçirilib

20 Aprel 2019

Təlimlər Modulu çərçivəsində “Avropa Könüllülük Xidməti (EVS/ESC)” və “Layihələrin tərtib olunması” mövzusunda təlimlər keçirilib

Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə  20 Aprel 2019-cu il tarixində, saat 14:30 və 17:00-da ARGTMŞ-nın Gənclər Evində gənclər təşkilatlarının əməkdaşları, nümayəndələri və könüllüləri üçün Təlimlər Modulu çərçivəsindən 2 təlim həyata keçirilmişdir. “Avropa Könüllülük Xidməti (EVS/ESC)” mövzunda baş tutan birinci təlim MitOst Assosiasiyasının İdarə Heyətinin üzvü Nuranə Məmmədova tərəfindən həyata keçirilmişdir. Təlim zamanı Nuranə Məmmədova ESC nədir, ESC EVS-dən nə ilə fərqlənir, ESC-nin Azərbaycan üçün faydaları nədir, ESC-də iştirak etmək üçün hansı addımlardan keçməyə ehtiyac var və digər mövzular barədə geniş məlumat vermişdir.
İkinci təlim isə Azərbaycan Skautlar Assosiasiyasının üzvü İlyas İsmayıllı tərəfindən “Layihələrin tərtib olunması” mövzusunda həyata keçirilmişdir.
Təlim zamanı İlyas İsmayıllı layihə nədir, layihənin metodologiyası, layihə idarəetmə prosesi və əsasları, görüləcək işlərin strukturu, vaxtın planlaşdırılması və metodları, büdcənin planlaşdırılması, planın reallığa uyğunlaşdırılması, layihənin həyat dövrü, nəzarət və monitorinq, layihənin riskləri və digər mövzularda ətraflı məlumat vermişdir. Yekunda təlim iştirakçıları qruplara bölünərək kiçik layihə tərtib etmiş və təqdimatını nümayiş etdirmişlər. Daha sonra isə İlyas İsmayıllı ilə birgə mövzular və layihələr üzrə müzakirələr aparılmışdır.
Qeyd edək ki, layihənin əsas məqsədi, gənclər təşkilatlarını 4 əsas istiqamət üzrə, müvafiq sahənin ekspertləri və peşəkarları tərəfindən təlimləndirmək, fəaliyyətlərinin effektivliyini artırmaq və gənclər təşkilatlarının əməkdaşları arasında
şəbəkələşməni inkişaf etdirməkdir.
#NAYORA #TəlimlərModulu