Təlimlər Modulu çərçivəsində “QHT-lərdə büdcənin tərtib olunması və hesabatçılığı” və “SMM, Copywriting fəaliyyəti və Media əlaqələri” mövzusunda təlimlər keçirilmişdir

5 Aprel 2019

Təlimlər Modulu çərçivəsində “QHT-lərdə büdcənin tərtib olunması və hesabatçılığı” və “SMM, Copywriting fəaliyyəti və Media əlaqələri” mövzusunda təlimlər keçirilmişdir

Tədbirin məqsədi: Gənclər təşkilatlarını 4 əsas istiqamət üzrə, müvafiq sahənin ekspertləri və peşəkarları tərəfindən təlimləndirmək, fəaliyyətlərinin effektivliyini artırmaq və gənclər təşkilatlarının əməkdaşları arasında şəbəkələşməni inkişaf etdirmək

Tədbirin formatı və keçirilmə yeri: Təlim, ARGTMŞ-nın Gənclər Evi, Bakı şəhəri

Təşkilatçı(lar): ARGTMŞ

İştirakçılar: Gənclər təşkilatlarının nümayəndələri, əməkdaşları  və könüllüləri

Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə 🗓 4 May 2019-cu il tarixində, saat 🕝 12:30 və 🕔 15:00-da 📍ARGTMŞ-nın Gənclər Evində gənclər təşkilatlarının əməkdaşları, nümayəndələri və könüllüləri üçün Təlimlər Modulu çərçivəsindən 2 təlim həyata keçirilmişdir. “QHT-lərdə büdcənin tərtib olunması və hesabatçılığı” mövzunda baş tutan birinci təlim Daxili Auditorlar İnstitutunun Azərbaycan Nümayəndəliyinin Direktorlar Şurasının üzvü Rəşad İsgəndərov tərəfindən həyata keçirilmişdir. Təlim zamanı Rəşad İsgəndərov QHT-lərin büdcəsinin tərtibi, müzakirəsi,təsdiqi, icrası, icrasına nəzarət və digər mövzular barədə geniş məlumat vermişdir.
İkinci təlim isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova tərəfindən “SMM, Copywriting fəaliyyəti və Media əlaqələri” mövzusunda həyata keçirilmişdir. Təlim zamanı Səmayə Məmmədova (Samaya Mammadova) sosial mediada doğru məzmunun yaradılması və idarə edilməsi, sosial şəbəkələrdə (Facebook, İnstagram və s.) səhifələrin düzgün və cəlbedici formada yaradılması və doğru tərtibatı, məzmun hazırlama, copywriting, sosial mediada dizayn hazırlama qaydaları və digər mövzular barədə ətraflı məlumat vermişdir.
Qeyd edək ki, layihənin əsas məqsədi, gənclər təşkilatlarını 4 əsas istiqamət üzrə, müvafiq sahənin ekspertləri və peşəkarları tərəfindən təlimləndirmək, fəaliyyətlərinin effektivliyini artırmaq və gənclər təşkilatlarının əməkdaşları arasında şəbəkələşməni inkişaf etdirməkdir.

#NAYORA #TəlimlərModulu