Türk Şurası Azərbaycanı dəstəkləyən bəyanat qəbul etdi

22 Oktyabr 2020

Türk Şurası Azərbaycanı dəstəkləyən bəyanat qəbul etdi

Türk Şurası Azərbaycanı dəstəkləyən bəyanat qəbul etdi.

Əsasən Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunan iclasda İdarə Heyətinin üzvləri ilə yanaşı, qonaq qismində Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov və Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də iştirak ediblər.

Nazır çıxışında soy kökü, ortaq mədəniyyəti və tarixi olan Türk Şurasının üzv dövlətlərin gənclərini Azərbaycanın haqq səsinin daha cox beynəlxalq quruma çatdırılmasında və sosial mediada ölkəmizin yanında olmağa çağırdı.

İştirakçılar Azərbaycanın haqq səsini dəstəklədiklərini, bunun üçün fəaliyyətlərin koordinasiya edilməsi ilə bağlı xüsusi qrupun yaradılması təşəbbüsünü irəli sürdülər.

📌İclasda həmçinin, Türk Şurası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrası, Gənclər Mübadiləsi Proqramının həyata keçirilməsi ilə bağlı görülmüş işlər, COVİD-19 pandemiyasının yaratdığı çətniliklərlə əlaqdər bəzi fəaliyyətlərin məsafədən icrası kimi məsələlər də müzakirə olundu.

Sonda Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyənat qəbul etdi.