Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib

13 Oktyabr 2019

Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib

13 oktyabr 2019-cu il tarixində Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib. Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyə Parlamentinin üzvü Ahmet Böyükgümüş, ICYF prezidenti Taha Ayxan iştirak ediblər. Ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova da tədbirdə çıxış edərək ilk öncə Azərbaycanda aparılan gənclər siyasətindən qısa məlumat verərək Türk Şurası ilə birgə əməkdaşlığın hər iki ölkə gənclərinin bir-biriləri ilə daha yaxından tanış olmaları, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmələri, həmçinin onların sosial fəallığı üçün çox böyük imkanlar yaradacağını bildirib.
Qeyd edək ki, NAYORA-nın sədri Məryəm Məcidova və sədr müavini Emin Babayev Baş Assambleyada Türk Şurası Gənclər Platformasının idarə heyətinə seçiliblər.
Tədbir digər gənclər təşkilatlarının fikirləri ilə davam edib.


#NAYORA #ICYF