Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 4-cü Beynəlxalq Gənclər Düşərgəsi həyata keçirilmişdir

13 İyul 2019

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 4-cü Beynəlxalq Gənclər Düşərgəsi həyata  keçirilmişdir

Tədbirin məqsədi: “Vətəndaş cəmiyyətinin inkişafı”, “Yaşıl iqtisadiyyat” və “Yaradıcı iqtisadiyyat” mövzularında leksiya və təqdimatlar

Tədbirin formatı və keçirilmə yeri: Düşərgə, Qazaxıstan Respublikasının Zerendi şəhəri

Təşkilatçı(lar): Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi, Almatı Menecment Universiteti və Qazaxıstanın Vətəndaş Alyansı

İştirakçılar: ARGTMŞ-nın Üzv Təşkilatlarla İş üzrə katibi

13-21 İyul tarixlərində Qazaxıstan Respublikasının Zerendi şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 4-cü Beynəlxalq Gənclər Düşərgəsi keçirilmişdir. Düşərgə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi, Almatı Menecment Universiteti və Qazaxıstanın Vətəndaş Alyansının tərəfdaşlığı ilə həyata keçirilmişdir.
Düşərgədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının əməkdaşı Reyhan Orucova qurumu təmsil etmişdir.
14 İyul tarixində forumun rəsmi açılış mərasimi baş tutmuşdur. Açılış mərasimində Almatı Menecment Universitetinin prezidenti Asılbek Kojaxmetov və bir çox rəhbər nümayəndələr və rəsmilər iştirak etmişdir.
Düşərgə 5 müxtəlif ölkədən iştirak edən 150-ə yaxın iştirakçıların “Vətəndaş cəmiyyətinin inkişafı” , “Yaşıl iqtisadiyyat” və “Yaradıcı iqtisadiyyat” mövzularında leksiyalar və təqdimatlar ilə start götürmüşdür. Leksiyalar Qazaxıstan Respublikasının müxtəlif universitetlərində tədris işləri ilə məşğul olan və biznes sahəsində uğur qazanmış peşəkar təlimçilər tərəfindən aparılmışdır və proses ümumilikdə 7 gün davam etmişdir.
Düşərgənin beşinci günündə nümayəndə heyəti öz təşəbbüsü ilə Azərbaycan Mədəniyyət gecəsi təşkil edərək Azərbaycan milli adət-ənənələrini, musiqisini beynəlxalq arenada nümayiş etdirib. Müzakirələrin yekunu olaraq 20 İyul tarixində komandalar hazırladıqları biznes layihələrini digər komanda yoldaşları və münsiflər heyətinə təqdim ediblər. Layihəni uğurla başa vurmuş iştirakçılar pul mükafatı və sertifikarla təltif olunublar.

#zerencamp2019 #зерен2019 #NAYORA #AzeYouthPolicy #YouthStrategy