Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq gənclər təşkilatları ilə birgə Fəxri Xiyabana yürüş təşkil olundu

12 Dekabr 2019

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq  gənclər təşkilatları ilə birgə Fəxri Xiyabana yürüş təşkil olundu

Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.

 11.12.2019-cu il tarixində Xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq NAYORA-ya üzv olan gənclər təşkilatlarının nümayəndələri ilə birgə Fəxri Xiyabana yürüş təşkil olunmuşdur.

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Bu gün fəxr edirik ki, dahi öndərimizin ideyaları yaşayır və geniş şəkildə inamla həyata keçirilir. Ümummilli liderimizin Azərbaycan xalqı qarşısındakı möhtəşəm xidmətləri unudulmur, böyük minnətdarlıq hissi ilə daim yad edilir. Heydər Əliyevin nurlu xatirəsi bundan sonra da qəlblərdə əbədi yaşayacaqdır.