VII Rusiya-Azərbaycan Gənclər Forumu baş tutmuşdur

22 Sentyabr 2019

VII Rusiya-Azərbaycan Gənclər Forumu baş tutmuşdur

Tədbirin məqsədi: Rusiya-Azərbaycan gənclər əməkdaşlığının inkişafı üçün birgə təkliflər hazırlamaq

Tədbirin formatı və keçirilmə yeri: Forum, Rusiyanın Sankt-Peterburq şəhəri

Təşkilatçı(lar): Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə

İştirakçılar: ARGTMŞ-nın sədr müavini və 1 nəfər ARGTMŞ könüllüsü


22-25 Sentyabr 2019-cu il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə VII Rusiya-Azərbaycan gənclər Forumu baş tutub.
Rusiya və Azərbaycan gənclərini birləşdirən Forumda respublika, federal və regional gənclər təşkilatlarının nümayəndələri, eləcə də, gənclər hərəkatının liderləri, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının gənclərlə bağlı layihələrin rəhbərləri iştirak ediblər.
Azərbaycanı forumda gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Azərbaycandan ümumilikdə 25 gəncin qatıldığı forumda Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının sədr müavini Emin Babayev və NAYORA könüllüsü Gülsüm Mustafayeva iştirak etmişdir.
Forumun əsas mövzusu, “Mədəniyyətin təbliği və mədəniyyətlərarası dialoq”, “ Gənclər üçün biznes və sosial sahibkarlıq” , “ Qeyri-formal təhsil və bunun inkişafında Gənclərlə iş üzrə QHT-lərin rolu” , “ Dayanıqlı İnkişaf Məqsədləri”, “Müasir media” olub. Açılış mərasimində çıxışı zaman nazir müavini İntiqam Babayev Azərbaycan və Rusiya gəncləri arasındakı münasibətdən bəhs edib. O, Forumun keçirildiyi 7 il ərzində 2 ölkə gəncləri arasında sıx əlaqələrin qurulduğunu və münasibətlərinin daha çox inkişaf etdiyini bildirib.
Forumun yekunununda iştirakçılar II Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş “Müharibə uşuaqları”, eyni zamanda, böyük Azərbaycan şairi Nizami Gəncəvi və Ulu öndər Heydər Əliyevin abidələri önünə güllər qoyublar.


#NAYORA #AzeYouthPolicy #YouthStrategy #NAYORAVolunteer