Xəzər rayonunda " 5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin seçim mərhələsi baş tutdu

10 Mart 2020

Xəzər rayonunda " 5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin seçim mərhələsi baş tutdu

10 Mart 2020-ci il tarixində Bakı şəhəri Xəzər rayonunda “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin seçim mərhələsi baş tutmuşdur.

Xəzər rayonunda baş tutan “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin seçim mərhələsində yeniyetmə və gənclərin müxtəlif təbəqələrini təmsil edən 16-29 yaş arası fəal və cəmiyyətin inkişafına töhfə vermək istəyən gənclər iştirak etmişdir.