“Seçilmiş 5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi

6 Yanvar 2020

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Uşaq Fondunun (UNICEF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin texniki dəstəyi  və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə “5 rayonda (Bakı şəhəri  Xəzər rayonu, Biləsuvar, Qazax, Şəmkir və Tovuz) İcra Hakimiyyətləri yanında Gənclərin Yerli Məşvərət Şuralarına üzvlərin seçimi başlandı.


“Seçilmiş 5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin məqsədi həmin rayonlarda seçilmiş şuralar vasitəsilə qərarlar qəbul olunmasında yeniyetmə və gənclərin fikirlərinin nəzərə alınması, gənclər arasında maraq doğuran və ya onları narahat edən məsələlərin müəyyən olunması, yerli idarəetmə orqanları ilə mütəmadi məsləhətləşmələr çərçivəsində həmin məsələlərin həlli üçün birgə layihələrin hazırlanması və həyata keçirilməsi, yeniyetmə və gənclərin sosialyönümlü məsələlərin həllində yerli idarəetmə orqanlarına dəstək olması üçün həyata keçirilir.


Gənclərin Məşvərət Şuralarının yaradılması layihəsi çərçivəsində gənclərin liderlik, ünsiyyət, proqram idarəçiliyi, araşdırmaçılıq bacarıqlarının inkişaf etdirilməsi, yerli idarəetmə orqanları ilə Gənclərin Məşvərət Şuraları arasında müntəzəm dialoqun qurulması, gənclərin yerli idarəetmə orqanları ilə qarşılıqlı tərəfdaşlıq çərçivəsində gənclər arasında maraq doğuran məsələlərin müəyyənləşdirilməsi və həmin məsələlərin həlli üçün birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, Yerli Məşvərət Şurasının üzvlərinin regionun ictimai-sosial həyatında aktiv şəkildə iştirak etməklə, ümumilikdə gəncləri maraqlandıran məsələlərin həllinə və inkişafına töhvə verməsi, gənclər arasında şəbəkələşmənin inkişafına nail olunması kimi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.


Bakının Xəzər rayonu və yuxarıda qeyd edilmiş 4 rayonda yeniyetmə və gənclərin müxtəlif təbəqələrini (şagirdlər, tələbələr, gənc müəllimlər, həkimlər, məktəb və kollecdə çalışan şəxslər, həmkaralar ittifaqları üzvləri, gənclər təşkilatları nümayəndələri, işsiz gənclər, əlilliyi olan gənclər, köçkün ailələrdən olan və.s) təmsil edən 16-29 yaş arası fəal və cəmiyyətin inkişafına töhfə vermək istəyən gənclər, xanımlar, əlilliyi olan və köçkün ailələrdən olan gənclərin müraciət etməsi yüksək dərəcədə alqışlanır.


Müraciət edəcək gənclər arasından hər rayon üçün 20 gəncin üzvlüyü nəzərdə tutulmuşdur.

Layihə təqviminə əsasən:

1. Layihə ərzində iştirakçı seçimi Yanvar-Fevral 2020;

2. Təlimlərin keçirilməsi Mart-Aprel 2020;

3. Sorğunun hazırlanması May-İyun 2020;

4. Layihələrin icrası İyul-Oktyabr 2020;

5. Hesabat konfransı Noyabr-Oktyabr tarixlərində baş tutacaqdır.


“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi  01.01.2020-31.12.2020-cu il tarixlərini əhatə edəcəkdir.

➡Qeydiyyat üçün linki:⬇

https://bit.ly/2SCs9QM