Gənclər təşkilatlarının ucqar kəndlərə səfərləri başlayır

29 İyul 2021

Gənclər təşkilatlarının ucqar kəndlərə səfərləri başlayır 🤩

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçiriləcək "Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu" layihəsinə start verilir.

Layihənin həyata keçirilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan, ölkə gəncləri üçün yaradılan imkanlardan xəbərdar olmayan, gənclər təşkilatları haqqında məlumatsız olan, həmçinin ictimai işlərdən və aktiv vətəndaşlıqdan geri qalan gənclərin məlumatlandırılması, ictimai fəaliyyətə gənclər təşkilatları vasitəsilə qoşulması və onların inkişafının təmin olunmasıdır.

Layihə çərçivəsində bir sıra rayonların ucqar kəndlərinə səfər olunaraq gənclər üçün müxtəlif təlimlər və vorkşoplar keçiriləcək.

Səfər olunacaq rayonlar:

1. Astara rayonu

2. Balakən rayonu

3. Beyləqan rayonu

4. Göygöl rayonu

5. Gədəbəy rayonu

6. Qazax rayonu

7. Quba rayonu

8. Lerik rayonu

9. Tovuz rayonu

10. Tərtər rayonu