Mən nə üçün Yerli Məşvərət Şurasına üzv olmalıyam❓sualının Səbəbləri

12 Aprel 2020

Mən nə üçün Yerli Məşvərət Şurasına üzv olmalıyam❓

Əgər bu sualı özünə verirsənsə, o zaman aşağıdakı⬇ səbəblər məhz sənin üçündür❗ 

✔1. Ölkədə aparılan Dövlət Gənclər Siyasətinin bir parçası olmaq;
✔2. Yaşadığın rayon üçün mühüm olan məsələlərin qərarvermə prosesində iştirakçı olmaq;
✔3. Yerli idarəetmə orqanlarına mövcud problemlərin həll olunmasında dəstək olmaq;
✔4. Müsbət dəyişikliyin səfiri olmaq;
✔5. Azərbaycan gəncinin səsi olmaq.

“Seçilmiş 5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin məqsədi həmin rayonlarda seçilmiş şuralar vasitəsilə qərarlar qəbul olunmasında yeniyetmə və gənclərin fikirlərinin nəzərə alınması, gənclər arasında maraq doğuran və ya onları narahat edən məsələlərin müəyyən olunması, yerli idarəetmə orqanları ilə mütəmadi məsləhətləşmələr çərçivəsində həmin məsələlərin həlli üçün birgə layihələrin hazırlanması və həyata keçirilməsi, yeniyetmə və gənclərin sosialyönümlü məsələlərin həllində yerli idarəetmə orqanlarına dəstək olması üçün həyata keçirilir.

➡Qeydiyyat üçün linki:⬇

https://bit.ly/2SCs9QM