Struktur

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası qarşısına qoyduğu məqsəd və vəzifələri həyata keçirmək üçün Əsasnamə və Nizamnaməyə uyğun olaraq xüsusi struktura malikdir.

Sədr

Məryəm Məcidova Sədr
Emin Babayev Sədr müavini
Rafael Hacıbəyli Sədr müavini

Baş Katib

Azər Əliyev Baş katib

Katiblik

Katiblik - NAYORA-nın cari icra orqanıdır və rəhbərlik Baş katibə məxsusdur. Katiblik Məclisin, Büro və Baş Katibin qərarlarını, tapşırıqlarını həyata keçirir, işçi strukturlarının işini əlaqələndirir, müxtəlif sahələr üzrə NAYORA-nın cari fəaliyyətini istiqamətləndirir.

Fatimə Vəliyeva Üzv təşkilatlarla iş üzrə katib
Fərman Məmmədov Yerli layihələr üzrə katib
Roman Qocayev Beynəlxalq Əlaqələr üzrə katib
Sevinc Sadıqova Mühasib
Elvin Ağasiyev Resurs Mərkəzinin koordinatoru
Tural İmanzadə Ofis meneceri
Könül Əlibəyova İctimaiyyətlə Əlaqələr üzrə katib

Məclis

Məclis - Qurultaylararası dövrdə Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının qərarverici orqanıdır və ən azı 6 ayda 1 dəfədən az olmayaraq çağırılır. Məclis Milli Şuranın fəaliyyətini tənzimləyən qərarlar, fəaliyyət proqramını qəbul edir, üzvləri qəbul və ya xaric edir. Məclis üzv təşkilatlara müxtəlif mövzular üzrə müzakirələr və fikir mübadiləsi aparmağa imkan yaradır. Məclisin səsverməsi nəticəsində Məclis sədri seçilir.

Qurultay

Qurultay - Gənclər Təşkilatları Milli Şurasının ali qərarverici orqanıdır və ən azı 2 ildə 1 dəfə çağrılır. Qurultay Nizamnaməni, təşkilatın fəaliyyətini tənzimləyən əsasnamə qəbul edir, ona əlavə və dəyişikliklər edir, üzvlərin qəbul və xaric edilməsi ilə bağlı Məclisin qərarlarını təsdiq edir, sədr və müavinləri, büro üzvlərini, MNTK üzvlərini seçir, NAYORA-nın əsas fəaliyyət istiqamətlərini müəyyən edir.

Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK)

Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) Qurultayda seçilir və 5 nəfərdən ibarətdir. MNTK-ın işi onun ilk iclasında seçilmiş Sədr tərəfindən təşkil edilir. Əsas vəzifəsi Nizamnamayə əməl olunmasına nəzarət etməsidir.

Sona Əlizadə MNTK sədri
Zaur Seyidzadə MNTK üzvü
Rəşad Qurbanov MNTK üzvü
Elvin Hüseynov MNTK üzvü
Hilal Rəhimli MNTK üzvü

Büro

Büro - NAYORA-nın cari icra-qərarverici orqanıdır, Məclis tərəfindən qəbul olunmuş proqram və qərarların həyata keçirilməsi üçün məsuldur. Büro NAYORA-nın sədri, Baş katib, eləcə də, idarə heyətindən və müşahidəçi statusu ilə MNTK sədrindən ibarətdir.

Nail Şükürov Büro üzvü
Fail İbrahimov Büro üzvü
Lalə Əlizadə Büro üzvü
Səbuhi Abbasov Büro üzvü
Ülviyyə Axundova Büro üzvü
Rövşən Bağırov Büro üzvü
Əminə Abdullayeva Büro üzvü
Seymur Vəliyev Büro üzvü